
Metro və marşrut avtobusları fəaliyyətini iki günlük dayandırdı
05/06/2020
Bu gündən Bakı metrosunda sərnişindaşıma fəaliyyəti iki günlük dayandırılıb.
AZXEBER.COM xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun iyunun 4-də "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda öz əksini tapıb.
Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Eyni zamanda, sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonun sərnişindaşımalar tam dayandırılıb. Həmin müddətdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
