Məşhur aktrisa və qızı koronavirusa yoluxdu

Leyla Aliyeva 12/07/2020

Dünyaca tanınmış hind aktrisası Ayşvariya Ray və qızı koronavirusa yoluxub.

"Xəbərburo" bildirir ki, aktrisanın həyat yoldaşı Abhişek Baççan bu barədə sosial media hesabında məlumat verib.

O deyib ki, həm Ayşvariya, həm də qızı Aaradxiyunun analiz nəticələri pozitiv olub. Onlar ev şəraitində müalicə alırlar. 

Qeyd edək ki, ötən gün Abhişek Baççanın atası Amitabh Baççanın da koronavirusa yoluxduğu açıqlanmışdı.