Meşəlik ərazidə yanğın olub

Məmmədzadə Zərintac 10/09/2020

Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə 1 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb. 

"XəbərBuro" FHN-dən olan məlumata görə, meşənin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın saat 17:20 dəqiqədə söndürülüb.