
Meşədə mübahisə cinayətlə sonlanıb
27/07/2020
21 iyulda Astarada 1990-cı il təvəllüdlü Nadir Rüstəmovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat bildirilib.
"Report"a əsasən "XəbərBuro" xəbər verir ki, Astara Rayon Prokurorluğundan olan məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib və digər prosessual hərəkətlər icra edilib.
1993-cü il təvəllüdlü Həbib Şabanovun rayonun Bəndəsər kəndində yerləşən meşədə aralarında yaranmış mübahisə səbəbindən Nadir Rüstəmova bıçaq xəsarətləri yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla əlaqədar Astara Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Həbib Şabanov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək haqqında həbs qətimkan tədbiri seçilib.
İş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Related Articles


Qayınanasını öldürdüyünü etiraf etsə də, ərinin qətlə yetirdiyi məlum oldu



Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırıldı - üzr istədi








Xaricdə yaşayan narkotacirə Bakıda narkokuryerlik edən 3 nəfər saxlanıldı.










