"Mərkəzə doğru"

Esed Abasli 04/04/2022

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin "Mərkəzə doğru" layihəsi davam edir. 


Layihə çərçivəsində Tovuz Peşə Liseyinin gəncləri ilə görüş keçirilib.


Görüşdə fəaliyyət istiqamətləri üzvlük sistemi, mövcud klublar, keçirilən təlim və layihələr, həmçinin Gənclər Fondunun gənclər üçün imkanları barədə ətraflı məlumat verilib və mərkəzə üzv olmaq istəyən gənclər qeydiyyatdan keçirilib.


Əziz gənclər, vaxtınızı səmərəli keçirmək istəyirsinizsə, Mərkəzə doğru layihəsinə qoşulun.


#AzGF #GİKM #TovuzGİKM #TovuzGəncləri #MərkəzəDoğru #inkişafınmərkəzindəSən