Mer: “Kiyev vilayətinin İrpen şəhərinin bir hissəsi işğal edilib”

Esed Abasli 07/03/2022

Kiyev vilayətinin İrpen şəhərinin bir hissəsi işğal edilib.

Bu barədə İrpen meri Aleksander Markuşin bildirilib.

Qeyd olunub ki, şəhərin digər hissəsindəki ukraynalı döyüşçülər öz mövqelərindədir və Rusiya qüvvələrinə qarşı mübarizəni davam etdirirlər.

Mer vurğulayıb ki, şəhərdən mülki əhalinin təxliyəsi davam etdirilir, uşaqlar, qadınlar və yaşlılar yerli vaxtla saat 10:00-da avtobuslarla Kiyev dəmir yolu stansiyasına aparılacaqlar.