Mənzildə meyit tapılıb

Məmmədzadə Zərintac 19/08/2020

Bakıda mənzildən qadın meyiti aşkarlanıb.

"XəbərBuro" FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə bildirilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və tapılan 1945-ci il təvəllüdlü Hüseynova Elmira Əlibaba qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.