Mənzildə meyit tapıldı

Məmmədzadə Zərintac 06/09/2020

Bakıda mənzildən meyit aşkarlanıb.

"XəbərBuro" xəbər verir ki, FHN-dən gələn məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Cəfərova Müşqina Hüseyn qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.