Mənzildə gördükləri mənzərə polisləri və tibb işçilərini heyrətə saldı

Nadir Hüseynov 24/06/2020

Rusiyanın paytaxtında polislər və həkimlər çox qəribə bir mənzilə çağırışa gediblər. Belə ki, orada faktiki olaraq yiyəsiz olan beş uşaq aşkarlanıb. Onların ən kiçiyi bir neçə günlük, böyüyü isə üç aylıq olub. Bu barədə "Baza" "Telegram" kanalı xəbər yayıb.


"Xəbərburo" Bildir ki, qonşular polisə şikayət edərək evdə bir neçə sahibsiz uşaq barədə məlumat veriblər. Polislər hadisə yerinə gəldikdə isə sirli mənzərə ilə üzləşiblər: Avropa görünüşlü beş körpə uşaq və çinli dayə. Maraqlıdır ki, uşaqların sənədləri də Çin dilində qeydiyyatan keçib. Uşaqların heç birinin valideyni mənzildə olmayıb.


Polislər uşaqları götürüblər. Körpələrin çinli ailələr üçün surroqat analar tərəfindən dünyaya gətirildiyi düşünülür. Həmçinin ehtimala görə, koronavirusla bağlı pandemiya ilə əlaqədar sərhədlər bağlandığından onlar uşaqları götürə bilməyiblər.