Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi

Leyla Aliyeva 18/07/2020

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib. 

“Xəbərburo" xəbər verir ki, onun 44 yaşlı qızı Nigar Abbaszadə dünyasını dəyişib.

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib. 

Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir.