Məleykə Abbaszadə: " Qəbul imtahanlarının avqustda keçirilməsi gözlənilir"
17/07/2020

“13-14 avqust tarixlərində qəbul imtahanlarının keçirilməsi gözlənilir"
" Xəbərburo" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında söyləyib.
Qeyd edib ki, qəbul imtahanlarının da avqust ayında 4 gün ərzində keçirilməsi nəzərdə tutulur: “Dəqiq tarix demək mümkün deyil. Ölkə üzrə vəziyyət hər gün dəyişir. Kontingenti bölüşdürən zaman xəstəliyin yoluxma vəziyyəti nəzərə alınır”.