“Məktəb-Valideyn Əməkdaşlığı Poqramı” layihəsi uğurla yekunlaşdı.

Esed Abasli 13/12/2020


 

12 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş “ Məktəb-Valideyn Əməkdaşlığı Proqramı” adlı layihənin bağlanış mərasimi keçirildi.

Bağlanış mərasimində layihənin komanda üzvləri, layihə rəhbəri Mingəçevir şəhər R.Mirabov adına 7 saylı tam orta məktəbin müəllimi Səbuhi Məmmədov, ekspert Etiram Sadıqzadə, koordinator Şəmistan Abdullayev, təlimçi İradə Zülfüqarova, Mingəçevir Şəhəri N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin, R.Mirabov adına 7 saylı tam orta məktəbin, D.Nağıyev adına 9 nömrəli tam orta məktəbin, V.Ağakişiyev adına 12 saylı tam orta məktəbin valideynləri həmçinin həmin məktəblərdə müəllim kimi fəaliyyət göstərən valideynlər iştirak etmişdir.

Əvvəlcə layihə rəhbəri öz çıxışında layihə haqqında qısa məlumat verdi.Təhsil Nazirliyinin Qrant müsabiqəsi barəsində məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra layihənin eksperti Etiram Sadıqzadə çıxış edərək hər kəsi salamladı, layihənin gedişatı barəsində məlumat verdi.

Koordinator öz nöbəsində layihənin icra müddətində görülən işlər barəsində tədbir iştirakçılarına məlumat verdi.Layihənin məqsədi və vəzifəsi haqqında danışdı, gözlənilən nəticəni aldıqlarını söylədi.Layihədə 100 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan təlimlərdə 116 nəfərin iştirakı təsdiqləndi,bu da layihəyə olan marağın daha da böyük olmasının bariz nümunəsidir.

Bundan sonra layihənin təlimçisi İradə Zülfüqarova tədbir iştirakçılarını salamlayaraq özünü təqdim etdi, İkinci Qarabağ Müharibəsinin qalibiyyəti və keçirilmiş "Qələbə paradı" münasibəti ilə bütün iştirakçıları təbrik etdi, Şəhidləri yad etdi,onların qanlarının yerdə qalmadığını söylədi. Təlimçi olaraq bu günə kimi keçirilmiş təlimlər və onlardan əldə olunan nəticələr haqqında iştirakçıları məlumatlandırdı. Valideynlərə fəal iştirakları üçün minnətdarlığını bildirdi.

Layihənin bağlanış mərasimində “Məktəb-Valideyn Əməkdaşlıq Proqramı”na həsr olunan “Güc birlikdədir” adı altında intellektual yarış təşkil olundu. Suallarını layihə eksperti Etiram Sadıqzadənin səsləndirdiyi intellektual yarışda verilən cavablar layihə iştirakçılarının keçirilən təlimlərdən maksimum informasiya əldə edib onlardan yararlana bildiklərini isbat etmiş oldu.

Sonda layihə rəhbəri Səbuhi Məmmədov çıxış edərək bütün layihə iştirakçılarına iştirak etdikləri üçün öz təşəkkürünü bildirdi, hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzuladı.