Məhkəmə Koçaryanı Moskvaya buraxmadı.

Aynur 18/09/2021

Məhkəmə Ermənistanın sabiq prezidenti, müxalif “Ermənistan” blokunun rəhbəri Robert Koçaryana ölkə xaricinə çıxmağa qadağa qoyub. 

“XəbərBüro” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla da bir həftə əvvəl Rusiyanın hakim “Vahid Rusiya” partiyası tərəfindən dəvət alan Koçaryanın Moskva səfəri də baş tutmayıb. Görüş 19 sentyabra planlaşdırılmışdı.

“Ermənistan” blokunun bəyanatına görə, məhkəmə qadağaya hər hansı səbəb göstərməyib.

“Biz “Ermənistan” blokunun siyasi fəaliyyətini məhdudlaşdırmaq üçün hökumətin məhkəməyə təzyiqinin daha bir nümunəsinin şahidi oluruq”, - deyə bəyanatda bildirilir.