Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi

Leyla Aliyeva 14/08/2020

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov məhkəməyə gətirilib.

"XəbərBuro" xəbər verir ki, o, istintaqın təqdimatı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

Qeyd edək ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. 

***

Məhkəmədə Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

"XəbərBuro"nun məlumatına görə, onun barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.