Məhbuslarla görüş bərpa olunub
13/08/2020

Koronavirusla bağlı məhkumlarla görüş, sovqat və banderolların ötürülməsinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
"XəbərBuro" xəbər verir ki, bu haqda Ədliyyə Nazirliyindən məlumat verilib.
Penitensiar müəssisələrdə mövcud qısamüddətli görüş otaqları həmin tələblərə uyğun təzədən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinalar təşkil olunub:
“Artıq müəssislərin çoxunda yaradımış bu şəraitə uyğun məhkum və həbs olumuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılıb.
Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib”, - məlumatda deyilir.