Məcburi köçkünlərin yaşadıqları ərazidə sürüşmə baş verib

Məmmədzadə Zərintac 08/08/2020

 Bu gün Mingəçevir şəhərindəki keçmiş turist bazasında (Turbaza), məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazidə torpaq sürüşməsi olub.

"XəbərBuro" xəbər verir ki, bu haqda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

 Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar.

Hadisə nəticəsində ikisi Ağdam, biri Kəlbəcər rayonundan - 3 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış yerinə zərər dəyib. Dövlət Komitəsi bu yaşayış yerlərində qısa müddətdə zəruri təmir-bərpa işləri həyata keçirəcək.

 Mingəçevir şəhərindəki “Turbaza” adlanan ərazidə 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır. Ailələrin əksəriyyəti Ağdam və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərdir. Onların təzə yaşayış sahələrinə köçürülməsinə  bölgədə məcburi köçkünlər üçün gələcəkdə yeni qəsəbələr salınarkən mövcud qaydalar çərçivəsində baxılacaq.