Mayın 4-dən gözəllik salonları və bərbərxanalar açılır

Esed Abasli 01/05/2020

Bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

“XƏBƏRBURO xəbər verir ki, bununla bağlı Operativ Qərargah məlumat yayıb. 

Qeyd edilir ki, sözügedən fəaliyyət sahələri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən açılacaq.