Mayın 4-dən Bakıya “böyük dönüş” başlayır?

Esed Abasli 29/04/2020


XƏBƏRBURO  xəbər verir ki, Bu gündən etibarən Bakı-Sumqayıt istiqamətində sərnişin axınının artması nəzərə alınaraq, bütün avtobuslar xəttə çıxarılıb.

Eyni zamanda, şəhərlərarası daşımaların bərpasına dair fəaliyyət planı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanaraq, Nazirlər Kabinetinə təhvil verilib.

Plana əsasən, karantin rejiminin gücləndirilməsinə görə regionlardan qayıda bilməyən Bakı və Sumqayıt şəhəri üzrə qeydiyyatı olan və paytaxtdan qeydiyyatda olduğu regionlara qayıda bilməyən sərnişinlərin, iş yerləri paytaxtda olan, ancaq region qeydiyyatında olan sərnişinlərin daşınması üçün bütün zəruri tədbirlər görülüb.