Masallıda təndirxana yanıb

Svetlana Mirzəyeva 05/08/2020

Masallı rayonunun Birinci Yeddioymaq kəndində ümumi sahəsi 35 m² olan təndirxananın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, təndirxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.