Masallı-Astara yolunun səmərəli olub-olmadığı öyrəniləcək

Məmmədzadə Zərintac 24/06/2020

Asiya İnkişaf Bankı (ADB) Masallı-Astara avtomobil yolunun bir hissəsinin yenidən qurulması layihəsinin sosial-iqtisadi faydasını 2022-2023-cü illər ərzində qiymətləndirə bilər.

“Xəbərburo” xəbər verir ki, bu haqda adıçəkilən layihəyə dair hesabata əsasən həmin vaxt ərzində yolun istifadəyə verilməsindən 4 ildən artıq keçəcək, bu da hərtərəfli qiymətləndirmə aparmaq üçün uyğundur.

Vurğulayaq ki, sözügedən layihə Masallı-Astara yolunun 59 kilometrlik hissəsinin başqa istiqamətdən inşasını, yolboyu 4 ədəd nəqliyyat vasitələri tərəzisinin qurulmasını və dayanacaqların təşkilini, yola qulluq avadanlığının gətirilməsini, ətraf ərazilərdə 120 kilomertədək yerli yolların əsaslı təmirini, yol şəbəkəsinin idarəetməsini gücləndirmək üçün tədbirləri ehtiva edir.

2007-ci ilin 28 sentyabr tarixində ADB ölkənin yol şəbəkəsinin inkişaf proqramı çərçivəsində Masallı-Astara yolunun bir hissəsinin təzədən qurulması üçün 500 milyon ABŞ dolları həcmində multitranş maliyyələşməni təsdiq edib. Bunun 200 milyon ABŞ dolları həcmindəki ilk tranşı həmin ilin 4 oktyabr tarixində təsdiqlənib.