Marneulidə “İşğala son - Qarabağa azadlıq, sonra sülh” aksiyası keçirilir

Məmmədzadə Zərintac 26/07/2020


Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda Azərbaycan ərazilərinin işğalına son verilməsi tələbi ilə “İşğala son - Qarabağa azadlıq, sonra sülh” adlı aksiya keçirilir.

"XəbərBuro" xəbər verir ki, Marneulinin mərkəzində, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qabağında keçirilən aksiyada Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin işğalına son qoyması tələb olunub.

Əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan aksiyaçılar Gürcüstanın mübarizədə Azərbaycanla həmrəy olduğu söyləyiblər. Onlar sülhün yalnız işğala son verilməsindən sonra mümkün olacağını deyiblər.

Aksiyada Ermənistan silahlı qüvvələrinin son illərdə törətdiyi təxribatlar səbəbindən həlak olmuş Azərbaycan hərbçilərinin və mülki şəxslərin şəkilləri nümayiş edilib və iştirakçılar beynəlxalq aləmdən Xocalıya ədalət tələb ediblər.