Marketdən oğurluq edən şəxs tutulub

Məmmədzadə Zərintac 24/06/2020

Mehdiabad Polis Şöbəsinə qəsəbə ərazisində marketlərdən birində oğurluq edilməsinə dair məlumat verilib.

 Əraziyə baxış keçirilərkən aydın olub ki, naməlum şəxs 335 manatlıq ərzaq malları oğurlayıb.

Həmçinin, orada yerləşən ödəniş terminalını yararsız hala salmaqla 1 000 manat dəyərində maddi ziyan vurub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli olan Abşeron rayon sakini, əvvəllər məhkum edilmiş 30 yaşlı Məhbub Əliyev tutulub. Onun oğurladığı ərzaq malları isə yaşadığı ünvandan tapılaraq, maddi sübut kimi götürülüb.

Sonra isə Məhbub Əliyevin yaşadığı evə baxış keçirilib. Oradan narkotik vasitə olan üç ədəd xüsusi bükümdə metamfetamin tapılaraq aktlaşdırılıb. Saxlanılan şəxs tutduğu cinayət əməlini etiraf edib və bu işdən peşman olduğunu deyib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.