Mariya Zaxarova: "Münaqişə əsnasında dinc sakinlərin öldürülməsindən narahatıq"

Esed Abasli 31/10/2020

“Münaqişə əsnasında hər iki tərəfdən dinc əhalinin ölməsi bizi çox narahat edir”.

''XəbərBuro'' xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Sabah Cenevrədə Azərbaycan və Ermənistan nümayəndələri ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcəklər. Bu görüşün gündəmində beynəlxalq humanitar hüquqa aid, o cümlədən oktyabr ayının 10-da Moskva şəhərində əldə edilən atəşkəs, əsirlərin və cəsədlərin qarşılıqlı təhvil verilməsinə dair razılaşmaların yerinə yetirilməsi də olacaq”, - deyə Kreml rəsmisi qeyd edib.