Mariya Zaxarova: " Bakı və Yerevan barışığın möhkəmlənməsinə yönəlmiş təşəbbüslərlə çıxış edir"

Məmmədzadə Zərintac 23/07/2020

“Azərbaycan və Ermənistan barışığın möhkəmlənməsinə yönəlmiş müxtəlif təşəbbüslərlə çıxış edirlər”. “XəbərBuro" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə “Vestnik Kavkaza”nın sualına cavab verərkən söyləyib.

“Ümid edirik ki, beynəlxalq səfərlərə qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra münaqişənin həlli ilə bağlı bütün kompleks məsələləri işləmək imkanı yaranacaq”, - nazirlik rəsmisi bildirib.

O,  vurğulayıb ki, keçən həftə münaqişə zonasındakı vəziyyət ATƏT-in Minsk qrupunun və Daimi Şurasının iclasında təşkilatın bütün iştirakçılarının iştirakı ilə nəzərdən keçirilib.

M. Zaxarova qeyd edib ki, Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə təcili təmasları olub: “Bu həftə o, Azərbaycan və Ermənistanın Moskvadakı səfirləri ilə vəziyyəti müzakirə edib. Hərbi idarələrin xətti ilə qarşılıqlı fəaliyyət həyata keçirilir”.