Manhetten Layihəsi: Amerikalılar atom bombasını necə yaratdı və tətbiq etdi?

Togrul Quliyev 28/06/2020

"Manhetten Layihəsi" - ABŞ-da 1942-ci ilin 13 avqust tarixində başlayan nüvə silahı inkişaf proqramının kod adıdır. Bundan əvvəl araşdırmalar "Uran komitəsi"ndə (S-1 Uranium Committee, 1939-cu il) aparılırdı. Layihədə ABŞ, Böyük Britaniya, Almaniya və Kanadadan olan alimlər iştirak edirdilər.

XəbərBuro Ordu.az-a istinadən xəbər verir ki, Layihə çərçivəsində üç atom bombası yaradıldı: "Gadget" plutonium bombası (ilk nüvə sınağı zamanı partladı), "Little Boy" uran bombası (6 avqust 1945-ci ildə Xerosimaya atıldı) və "Fat Man" plutoniun bombası (9 avqust 1945-ci ildə Naqasakiyə atıldı).

Layihəyə amerikalı fizik Robert Oppenheimer və general Lesli Qrovs rəhbərlik edirdi. Yeni yaradılan qurumun məqsədini gizlətmək üçün ABŞ hərbi mühəndislik qüvvələrinin tərkibində "Manhattan Engineering District" (Manhetten Mühəndislik Dairəsi) yaradıldı və Qrevs (o zamana qədər polkovnik idi) briqada generalı rütbəsi alaraq bu Dairənin komandiri təyin edildi.