“Makronla İlham Əliyev sıx təmasdadır”

Leyla Aliyeva 18/10/2020

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Prezident İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsindən ölkəsi ilə bağlı fikirlərini paylaşıb.

“XəbərBuro” xəbər verir ki, səfir İlham Əliyevdən sitat gətirib:

“ “Biz həmin səhifəni bağlamışıq”. Həqiqətən də! Buna görə çox minnətdaram”.

Qross qeyd edib ki, fransalı Prezident Emmanuel Makronla İlham Əliyev son həftələr ərzində sıx təmasdadırlar:

“Hətta fikir ayrılıqları olanda belə, iki lider arasında hörmət olub”.