Makron: “Fransa Ukraynaya dəstək göstərməkdə davam edəcək”

Mükafat İsazadə 24/02/2022

"Fransa Ukraynaya, onun suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini ifadə edir".

“XəbərBüro" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron özünün tviter səhifəsində yazıb.

“Bu gün bir daha Ukrayna xalqına, Prezident Zelenskiyə dəstəyimizi, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tərəfdar olduğumuzu bəyan edirəm. Fransa iqtisadi və maliyyə sahələrində, o cümlədən müdafiə avadanlığı sahəsində öz dəstəyini nümayiş etdirməkdə davam edəcək”, - paylaşımda deyilir.