Macarıstan ordusu An-26 hərbi nəqliyyat təyyarəsini.....

Togrul Quliyev 15/06/2020

Macarıstan Hərbi Hava Qüvvələri rəsmi olaraq iki Sovet istehsalı An-26 hərbi nəqliyyat təyyarəsini istismardan çıxarıb.

"XəbərBuro" Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

NATO-nun hesabatlarında “Curl” adlandırılan An-26 Soyuq Müharibə dövrünün ən çox yayılmış nəqliyyat təyyarələrindən biridir. Təyyarə “Antonov” şirkəti tərəfindən 1969-cu ildə istehsal edilib. 1986-cı ilə qədər istehsal edilmiş 1443 təyyarə Varşava Paktına üzv olan ölkələrin hava qüvvələrinin əsas daşıyıcısı olub.

Macarıstanın inventarında olan An-26-lar İraqda, Əfqanıstanda, Kosovoda və hətta Şimal Qütbündə xidmət edib.

İstismardan çıxarılan təyyarələri “Airbus” A319 və “Dassault Falcon” təyyarələri əvəz edəcək.

Bunlara əlavə olaraq, ABŞ Hərbi Hava Qüvvələrindən olan üç C-17 “Globemaster III” də NATO-nun Strateji Hava Qabiliyyəti əməliyyatlarını dəstəkləmək üçün Macarıstanın Papa aviabazasında yerləşdirilib.