Lukaşenkoya növbəti dəstək mitinqi olub

Məmmədzadə Zərintac 18/08/2020

Belarusun Qomel şəhərində ölkə Prezidenti Aleksandr Lukaşenkoya dəstək mitinqi keçirilib.

"XəbərBuro" xəbər verir ki, Qomeldə baş tutan mitinq kadrlarını Belarus mətbuatı da dərc edib.

Aksiyanın keçirilməsi üçün şəhərin mərkəzindəki Sovet və bir neçə ətraf küçələr bağlanıb. Səhnədə təşkilat rəhbərləri çıxış edib, insanlar vətənpərvərlik şeirləri oxuyub.

Sonda  iştirakçılar fənərləri yandırıb və Belarusun himnini oxuyublar,  sonra “Əbədi məşəl”i ziyarət ediblər. Onlar “Əbədi məşəl”in qarşısına gül dəstələri qoyub və dağılışıblar.

Daha əvvəl Minskin mərkəzində Lukaşenkoya dəstək və etiraz mitinqləri olmuşdu.