Lukaşenkonun Moskva səfəri bu tarixdə baş tutacaq

Leyla Aliyeva 11/09/2020

Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş 14 sentyabrda baş tutacaq.

“XəbərBuro” xəbər verir ki, bu haqda Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bildirib: “İşgüzar bir səfər olacaq, Lukaşenko Prezident Putinlə söhbət edəcək”.

Onun sözlərinə görə, görüşdən sonra yekun mətbuat konfransının keçirilməsi planlaşdırılmır. Bununla yanaşı, Peskov Kremlin Putin və Lukaşenko arasındakı danışıqların əsas nəticələri barədə məlumat verəcəyini bildirib: “Biz bunu mütləq etməyə çalışacağıq. İki prezidentin görüşünün başlanmasının protokol hissəsi ictimaiyyətə açıqlanacaq”.

Xatırladaq ki, 30 avqustda baş tutan telefon danışığı zamanı Putin və Lukaşenkonun Moskvada görüşmək barədə razılığa gəldiyi bildirilmişdi.