Lukaşenkonun əleyhinə təxribat hazırlayanlar saxlanılıb

Məmmədzadə Zərintac 17/08/2020


"XəbərBuro"nun məlumatına görə,  bazar ertəsi Belarus Prezidenti Aleksandr Lukaşenkonun Minsk təkərli dartıcılar zavoduna (MZKT) səfərində ona qarşı təxribat hazırlayan üç nəfər saxlanılıb.

“Koordinatorlar... zavod işçilərinə necə davranmaq və nə qışqırmağı öyrədirdilər. Onlardan üçü saxlanılıb. Prezident MZKT-də keçiriləcək təxribatlardan xəbərdar olsa da, getmək barədə qərar qəbul edib. Hər şey metodiki vasitələrdə yazıldığı kimi idi: bir neçə nəfər “get” deyə qışqırırdı, Prezident cavab verdi”, - məlumatda söylənilir.