Lukaşenko ilə Putin Belarusdakı vəziyyəti müzakirə etdi

Leyla Aliyeva 15/08/2020

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. “XəbərBuro” xəbər verir ki, bu barədə “BelTA” xəbər verib.

Qeyd edilir ki, söhbət zamanı iki ölkə liderləri Belarusda yaranmış vəziyyəti müzakirə ediblər.

Avqustun 15-də Lukaşenko Minskdə keçirilən müşavirə zamanı ölkədə davam edən etiraz aksiyaları fonunda Putinlə əlaqə saxlamaq istədiyini bildirmişdi. Onun sözlərinə görə, respublikada yaranmış vəziyyət yalnız Belarusu deyil, həm də Rusiyanı təhdid edir.