Lukaşenko ilə Putin arasında daha bir telefon danışığı

Leyla Aliyeva 16/08/2020

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

“Putin və Lukaşenko Belarusda prezident seçkilərindən sonra respublikaya xaricdən göstərilən təzyiqləri nəzərə almaqla yaranmış vəziyyətin müzakirəsini davam etdiriblər”, - məlumatda deyilir.

Qeyd edək ki, prezidentlərin daha əvvəlki telefon danışığı avqustun 15-də baş tutmuşdu.