Lukaku rekordu təkrarlayıb
Məmmədzadə Zərintac 22/08/2020

Avropa Liqasının final oyununda “Sevilya” “İnter”i 3:2 hesabı ilə məğlub edib.
"XəbərBuro" xəbər verir ki, həlledici oyunda “neradzurra”nın ilk qolunu vuran Romelu Lukaku tarixi rekordu təkrarlayıb.
Bu qol Lukakunun cari mövsümdə bütün turnirlərdə vurduğu 34-cü qolu olub. O, “İnter”də keçirdiyi ilk mövsümdə ən çox qol vuran futbolçu olub. Bu göstəricidə o, braziliyalı Ronaldonun rekordunu təkrarlayıb.
Ronaldo 1997/98-ci il mövsümündə “İnter”də keçirdiyi ilk mövsümündə 34 qolla yadda qalmışdı.