Londonda koronavirusun peyvəndi hazırlandı – Sınaqdan keçirilir

Nadir Hüseynov 25/06/2020

İngiltərədə yeni növ koronavirus pandemiyasına qarşı hazırlanan peyvəndin sınaqları başlayıb.


"Xəbərburo" Yeniavaz.com-a istinadən xəbər verir ki, "Oksford" Universitetinin tətqiqatçıları COVİD-19-a qarşı yeni vaksin hazırlayıblar. Verilən məlumatlara görə, gələn həftələrdə könüllülər arasında peyvəndin sınağı keçiriləcək. Araşdırmaçılar bildirib ki, peyvənd çalışmaları sürətlə davam edəcəyi təqdirdə gələn ilin ortalarına qədər çox sayda insanı peyvənd etmək mümkün olacaq.


Peyvəndin hazırlanması üçün İngiltərə hökumətindən 86 milyon, müxtəlif qurumlardan isə 10 milyon manatdan çox maddi dəstək göstərilib. İlk mərhələdə könüllülər üzərində aşağı dozada peyvənd sınaqdan keçiriləcək. Müsbət nəticələr əldə olunarsa proses növbəti mərhələlərdə davam etdiriləcək