Liviyada hökumət binası və Müdafiə Nazirliyi ələ keçirildi

Esed Abasli 16/12/2021

Liviyada silahlılar Milli Razılıq Hökumətinin mənzil-qərargahını və Müdafiə Nazirliyinin binasına daxil olublar.

XəbərBüro “Report”a istinadən xəbər verir ki, Tripolinin bir sıra rayonlarında elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hadisələrdə paytaxtda fəaliyyət göstərən silahlı qruplaşmalardan heç birinin adı hallanmır. Xatırladaq ki, dekabrın 24-də Liviyada prezident seçkisi keçiriləcək.

Qeyd edək ki, Liviya Ali Şurasının sədri Xalid Mişri dekabrın 11-də jurnalistlərə açıqlamasında ölkəsində Rusiyanın “Vaqner” adlı özəl hərbi şirkətinin 7 min muzdlusunun olduğunu söyləmişdi. O, bu yaraqlıların Liviyanın mərkəzini ələ keçirməyə çalışdıqlarını da vurğulamışdı.