Livanda partlayışla əlaqədar matəm elan olundu

Svetlana Mirzəyeva 05/08/2020

Livanda ölkənin paytaxtı Beyrutda bşa verən partlayışla əlaqədar matəm elan edilib.

"XəbərBuro"-nun  "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə matəm baş nazir Həsən Diyabın qərarı ilə elan edilib.

Qeyd edək ki, Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Partlayış nəticəsində azı 10 nəfər ölüb, çox sayda yaralananlar var.

Partlayışın səbəbi barədə məlumat verilmir.