Livan hökuməti istefa verib

Məmmədzadə Zərintac 10/08/2020

Livanda hökumət istefa verib. “XəbərBuro"  xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə naziri Nazirlər Kabinetinin iclasından sonra söyləyib.

Livan hökuməti cümə günündən kütləvi toqquşmalara çevrilən mitinqlərə çıxan yerli sakinlərin tələblərindən birini icra edəcək. Onlar, habelə parlamentin buraxılmasını və islahatların keçirilməsini istəyirdilər.

Cümə günü mitinqçilər dörd nazirliyin binasını ələ keçirmişdilər, lakin ordu onları hökumət komplekslərindən çıxara bilmişdi.

Livan DİN-dən olan məlumata görə, iğtişaşlar səbəbindən təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub və 700-dən çox insan xəsarət alıb.