Livan ermənilərinin döyüşə qatılmalarının səbəbi bəlli oldu

Məmmədzadə Zərintac 01/11/2020

İşğalçı Ermənistan silahlı qüvvələrinin sıralarında kifayət qədər muzdlular da var. PKK terrorçularını da sıralarına cəlb edən düşmən, Livandan olan erməniləri də Dağlıq Qarabağa gətirir.

"XəbərBuro" xəbər verir ki, Livan ermənilərinin döyüşə qatılmasının əsas səbəbi Livanda üzləşdikləri maliyyə sıxıntılarıdır. "Onların da ağlına gəlməzdi ki, nə vaxtsa maliyyə sıxıntısına görə belə bir addım atarlar", - deyə,  agentliyin yazısında söylənilir.

Livanda 140 min erməni yaşayır. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib.

Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, xarici ölkələrdəki erməni diasporunun bəzi üzvləri də Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün geri qayıdır. Bildirilir ki, ABŞ və Argentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib.

Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan da bildirib ki, 20-dək erməni Ermənistana gedib.

Ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyanan məhv edilib.