Litvada 50 min insan Belarusla həmrəylik aksiyasına çıxacaq

Esed Abasli 23/08/2020


Litvada təxminən 50 min insan Belarusdakı etirazçılarla həmrəylik mitinqində iştirak etməyə hazırlaşır. Canlı zəncir yaradacaq bu insanlar paytaxt Vilnüsdən Belarusla sərhəd-keçid məntəqəsi sayılan Medininkaya sıralanacaqlar. 

Bu barədə aksiyanın təşkilatçısı Jivile Tişkyaviçyute “Laisves” TV-yə açıqlamasında bildirib. 

Aksiya “Azadlıq yolu” adlandırılıb. Aksiya iştirakçılarının 23 avqust saat 19:00-da insan zəncirinə qoşulacağı gözlənilir.

Vilnüsün mərkəzindəki Kafedral meydanında 15 metrlik ağ-qırmızı bayraq hava şarı vasitəsilə səmaya qaldırılacaq.