Lənkəranda bədbəxt hadisə baş verib

Məmmədzadə Zərintac 17/08/2020

Lənkəran sakini bədbəxt hadisə səbəbindən dünyasını dəyişib.

"XəbərBuro" xəbər verir ki, hadisə rayonun Şilavar kəndində qeydə alınıb. 

Rayon sakini, Xeyrulla Qüdrət oğlu Əsədullayev oğlunun evində təmir işləri görən zaman onu elektrik cərəyanı vurub və oradaca ölüb.

Fakta dair araşdırmalar aparılır.