Lənkəran, Cəlilabad və Masallıda sabahdan giriş-çıxış dayandırılır

Məmmədzadə Zərintac 28/10/2020

Son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallıda  yüksək yoluxma faktları aşkarlanıb.

“XəbərBuro” xəbər verir ki, Nazirlər Kabinetinin qərarına görə, 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.