Lavrovla Çavuşoğlu Əfqanıstandakı vəziyyəti müzakirə etdi

Esed Abasli 18/08/2021

Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlərin telefon söhbətində Əfqanıstandakı vəziyyət müzakirə olunub.

Telefon danışığı zamanı tərəflər beynəlxalq və ikitərəfli gündəmdə dayanan aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.