Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”

09/10/2020

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvadakı məsləhətləşmələrin ardından ortaq sənəd qəbul ediblər. TASS xəbər verir ki, bununla bağlı Rusiya XİN rəhbəri Sergey Lavrov məlumat verib. Onun sözlərinə görə, Moskva danışıqlarında Dağlıq Qarabağda atəşin 10 oktyabr 12:00-dan dayandırılması ilə bağlı razılıq əldə edilib: "Atəşkəs rejiminin parametrləri əlavə olaraq razılaşdırılacaq”.