
Kürdoğlu Əsgərov: “Altı il əvvəl də demişdim, atamı azad edə biləcək yeganə şəxs Ali baş Komandanımızdır”
14/12/2020

“Altı il əvvəl də demişdim ki, atamı erməni girovluğundan azad edə biləcək yeganə şəxs Ali baş Komandanımız İlham Əliyevdir. Bu gün də bu, sübut olundu”.
Bu sözləri APA-ya Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O, prezidentə minnətdarlığını bildirib: “Bu günü ailəmizə yaşatdığı üçün Prezidentimiz çox sağ olsun. İndi ən böyük arzum, onunla görüşüb, atamı erməni girovluğundan azad etdiyi üçün əlini sıxıb, üz-üzə təşəkkür etməkdir. Yaşasın Ali Baş Komandanımız!”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov bu gün təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
