Kürdəxanıda avtomobilin vurduğu piyada xəstəxanada öldü
15/06/2020

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Xəbərburo" "Report"a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, iyunun 13-də Bakı şəhər sakini Ş.Muradov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Əfsər Abdullayevi vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada iyunun 14-də orada ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.