Kürdəmirdə yol qəzası baş verib

Svetlana Mirzəyeva 19/08/2020

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“XəbərBuro" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobilinin sürücüsü Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və yoldan çıxıb.

Nəticədə avtomobildə olan qadın sərnişin xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşını cəlb olunub və xəsarət alan qadına ilkin tibbi yardım göstərilib.

Fakt araşdırılır.