Kürdəmirdə güclü yanğının qarşısı belə alındı

Esed Abasli 10/02/2022

Fevralın 9-u axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

“XəbərBüro” FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının kol-kos sahədə baş verdiyi və qısa müddətdə bilavasitə yaxınlıqdakı meşə zolağına keçmə riskinin olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənib yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumilikdə təxminən 500 kv.m sahədə quru ot və kol-kos yanıb, ətraf ərazilər və meşə zolağı yanğından mühafizə olunub.

 

https://youtu.be/MUmoQTC7Lm8