Kürdəmirdə ata oğlunu qətlə yetirdi

Röya Vahabova 12/07/2020

Kürdəmirdə qətl hadisəsi törədilib.

Bu barədə "Xəbərburo" "Qafqazinfo"ya istinadən bildirir ki, "Report" hadisənin Xırdapay kəndində qeydə alınması barədə məlumat verib.

Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb.

Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Elkən Şəmiyev əvvəllər məhkumluq həyatı yaşayıb.