Kür çayında bir nəfər batdı

Agamaliyeva Zuleyxa 07/08/2020

Neftçalada Kür çayında bir nəfər batıb.

"XəbərBuro" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 Əlavə məlumat veriləcək.